"Mingəçevir gəncləri bizi layiqincə təmsil edəcək" - FONDUN PREZİDENTİ DANIŞDI

"Mən bu şəhərdə doğulmuş, böyümüş biriyəm. Buna görə də bu tədbirə gələn bütün qonağlarımızı bir mingəçevirli kimi xoş gəldiniz deyirəm". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Gənclər Fondunun Prezidenti Fərid Cəfərov Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq keçirilən tədbir zamanı qeyd edib.

Fondun prezidenti gəncləri 2 fevral "Gənclər günü" münasibəti ilə təbrik edib: "Son 2 ildə biz gördük ki, cənab Prezidentin illərdir həyata keçirtdiyi gənclər siyasətinin nəticəsi olaraq gənclərimiz 44 günlük Vətən müharibəsində bir yumruq oldular. Mən bu yolda şəhid olan qardaşlarımıza Allah rəhmət diləyirəm. Şəhidlərimizə isə can salığı arzulayıram. Düşünürəm ki, Mingəçevir gəncləri öz savadı, dünyagörüşü və qonaqpərvərliyi ilə hər zaman olduğu kimi bu ildə bizi layiqincə təmsil edəcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə