"Gənclər günü" ilk dəfə Mingəçevir şəhərində keçirilir - NAZİR AÇIQLADI

"Gənclər daima olaraq dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycanda gənclər siyasəti çox dərin tarixə dayanır". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov Mingəçevirin gönclər paytaxtı seçilməsi ilə əlaqədar olaraq həuata keçirilən tədbir zaman qeyd edib.

Nazir bildirib ki, 1994-cü ildən Gənclər və İdman Nazirliyinin əsası qoyulub. 1997-ci ildən etibarən isə Ümummilli lider Heydər Əliyev tərəfindən 2 fevral "Gənclər günü" kimi qeyd olundu. Gənclər günü və ili MDB məkanında ilk dəfə Azərbaycanda həyata keçirilib. Cənab Prezident hər il "Gənclər günü" münasibəti ilə bizim gənclərimizi qəbul edir və onlarla söhbət edir. Bu il ilk dəfədir ki, "Gənclər günü" Bakıda deyil Mingəçevir şəhərində həyata keçirilir. Bu münasibətlə bütün mingəçevirliləri təbrik edirəm. Biz Azərbaycanın demək olar ki, bütün regionlarını gəzərək, gənclərlə görüşürük. Bir daha bütün gənclərimizi bu gün münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə