Mingəçevir 2023-cü ilin gənclər paytaxtı seçildi - YENİLƏNİR - FOTOLAR

Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilir. SİA xəbər verir ki, tədbir Mingəçevir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutur. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Məclisin sədr müavini Əli Hüseynli, Gənclər Fondunun rəhbəri Fərid Cəfərov və s. digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, tədbirdə paytaxt rəmzinin açarı təqdim olunacaq. Daha sonra ilin gəncləri Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən təltif ediləcəklər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə