“Qalatasaray”dan əzmkar qələbə

Türkiyə Superliqasında 22-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, bu gün daha 4 qarşılaşma olub.

“Qaziantep” “Hatayspor”u, “Kasımpaşa” isə “Girəsunspor”u böyük hesabla məğlub edib. Son çempion “Trabzonspor” “Antalyaspor”u, lider “Qalatasaray” isə “Ümraniyəspor”u məğlub yola salıb.

1 fevral

"Qaziantep" – "Hatayspor" - 4:1
Qol: Yevtoviç, 38. Markoviç, 56; 77. Merkel, 88 – El Kaabi, 27.

"Kasımpaşa" – "Girəsunspor" - 5:1
Qol: Fall, 14. Eysserik, 29-pen. A.Kara, 45+5-pen; 66. Ben Uanes, 50 – Saviçeviç, 10.

"Qalatasaray" – "Ümraniyəspor" - 3:2
Qol: A.Bardakçı, 32. İkardi, 60-pen; 83 – U.Nayir, 11. O.Gurbulak, 39.

"Trabzonspor" – "Antalyaspor" - 2:0
Qol: Trezeqe, 34. N.Ünüvar, 90+4.

Turnir cədvəlinə 51 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 44 xalla 2-ci, "Başakşehir" 40 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə