Teymur Rəcəbov FIDE-nin reytinq cədvəlində mövqeyini qoruyub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2747 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov bir pillə geriləyərək 2740 xalla 15-ci olub.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2793) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2427) 39-cudur. Gənclər arasında dünya çempionu Gövhər Beydullayeva 2387 xalla 58-ci sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə