Rüstəm Orucov Portuqaliya Qran Pri turnirində iştirak etməyəcək

Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirinin ikinci günündə -81 kq. çəki dərəcəsində çıxış etməli olan cüdoçu Rüstəm Orucov xəstələndiyinə və yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olduğuna görə, milli yığmanın həkiminin qərarına əsasən yarışda iştirak etməyəcək.

Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

"Rüstəm Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür. Rüstəm Orucova bütün cüdo ailəsi adından şəfa diləyir, digər idmançılarımıza Portuqaliya Qran Pri turnirində uğurlar arzulayırıq", deyə bildirilir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə