“Zirə”yə keçəcəyi gözlənilən Donald Gerye artıq Bakıya gəlib. SİA xəbər verir ki, bu barədə haitili futbolçu öz İnstaqram hesabında paylaşıb. "Qarabağ" və "Neftçi"nin sabiq yarımmüdafiəçisi paylaşımını “Gözəl evim” (“Sweat home”) - deyə şərh edib.

Xatırladaq ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov bir neçə gün əvvəl açıqlamasında bildirmişdi ki, Geryeni heyətə cəlb etmək istəyirlər. Geryenin son klubu isə “Olimpiakos” (Kipr) olub.

Qeyd edək ki, Gerye 2017-2019 və 2020-2021-ci illərdə "Qarabağ"da, 2019-2020-ci illərdə isə "Neftçi"də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə