Bu gün "El-Klassiko" var

Bu gün İspaniya Superkubokunda "El-Klassiko" oynanılacaq. SİA xəbər verir ki, turnirin finalında "Barselona" "Real"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"King Fahd İnternational Stadium"dakı qarşılaşmanı Rikardo de Burqos idarə edəcək.

Bu komandalar arasındakı son matçda Madrid təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İspaniya Superkuboku

Final

23:00. "Real" - "Barselona"

Baş hakim: Rikardo de Burqos

"King Fahd İnternational Stadium"

Bütün xəbərlər Facebook səhifəmizdə