İtaliya A seriyasının XVI turunda daha iki görüş keçirilib. SİA xəbər verir ki, “Yuventus” “Kremonese” səfərində son dəqiqə qolu ilə qələbə qazanıb.
Arkadiuş Milik 90+1-ci dəqiqədə cərimə zərbəsindən fərqlənib.
“Fiorentina” isə öz meydanında “Monza” ilə bacarmayıb.
Kabral 19-cu dəqiqədə florensiyalıları hesabda önə çıxarsa da, Karlos Avqusto 61-ci dəqiqədə status-kvonu bərpa edib – 1:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB