“Vüqar Həşimov Memorial” növbəti uğura imza atıb

“Vüqar Həşimov Memorial” növbəti uğura imza atıb

Azərbaycan şahmat tarixində ilklərlə zəngin olan “Vüqar Həşimov Memorial” növbəti uğura imza atıb. Turnirin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, elit şahmatçıların iştirakı ilə təşkil olunan “Vüqar Həşimov Memorial-2022”nin qalibi özbəkistanlı Nodirbek Abdusattorovun qələbə posteri ABŞ-ın məşhur “Times” meydanında nümayiş olunub.

Nyu-York sakinləri posteri şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər.

Qeyd edək ki, daha əvvəl “Vüqar Həşimov Memorial-2022”nin posteri də “Times” meydanında nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə