"Bu gün avarçəkmə ilə bağlı Bakıda suya daxil oluruq" - AKAF PREZİDENTİ AÇIQLADI
"Bildiyiniz kimi, bizim avarçəkmənin ilk dəfə olaraq Xəzər dənizində suya girməsi 70-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin dövründə 11 Azərbaycan komandası ilə baş tutub". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Prezidenti Vüqar Əhmədov deyib.
Vüqar Əhmədov sözlərinə davam edərək qeyd edib ki, bu gün avarçəkmə ilə bağlı biz Bakıda illər sonra suya daxil oluruq: "Mən bu münasibətlə hər birimizi təbrik edirəm".
Eyni zamanda, Federasiyasının prezidenti bildirib ki, Cənab Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın qayğı və diqqətinin nəticəsidir ki, bu idman növü bu gün bütün ölkədə yeni inkişaf dövrünü yaşayır.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB