Bu gün bizim üçün növbəti idman bayramıdır. Üzgüçülük üzrə keçirilən bu yarışlar ölkəmizdə bir ilkdir. Biz cənab Prezidentin tapşırıqlarına əsasən idmanın kütləviliyinə önəm veririk. Bu baxımdan müxtəlif idman növləri üzrə yarışlar və turnirlər həyata keçirdirik. Bu il Pirallahı qəsəbəsində üzgüçülük idman növü üzrə ilk dəfə olaraq idmançılarımız açıq hava şəraitində dənizdə yarışdılar.
Nazir həmçinin "Birlikdə üzək" adlı yarışın mahiyyəti barədə danışıb: "Bu gün ölkə ərazində fəaliyyət göstərən 30 hovuz kompleksində həvəskar iştirakçılarımız 30 dəqiqə ərzində yarışacaqlar. "Birlikdə üzək" adlı yarışımız 3 gün davam edəcək. Hazırda keçirilən yarışda 60 və 74 yaşlı həvəskar idmançılarımız iştirak edir. Təbii ki, bütün bunlar çox sevindirici bir haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB