İsraildə keçirilən Master turnirinə dekabrın 22-də yekun vurulub. Cüdoçularımız turnirdə ümumilikdə 3 medal əldə edib.
Azərbaycan Cüdo federasiyasının mətbuat xiodmətindən SİA-ya verilən məlumata görə, yarışın ilk günündə -60 kq. çəkidə Balabəy Ağayev bürünc medal, yarışın ikinci günündə isə -81 kq. çəkidə Səid Mollayi gümüş medal əldə edib. Yarışın son günündə isə -100 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Cafar Kotsoyevə qalib gələrək bürünc medala sahib olub.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB