Bu gün DÇ-2022-də 1/8 final mərhələsinin daha iki oyun keçirilir.

SİA-nın əldə etdiyi məlumata görə, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gəlir. "Al Tumama" stadionundakı görüş Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Saat 23:00-da "Əl Bayt" stadionunda İngiltərə - Seneqal qarşılaşması oynanılacaq. Bugünkü oyunların qalibləri 1/4 finalda bir-birləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Niderland və Argentina 1/4 finala yüksəliblər.

4 dekabr

19:00. Fransa - Polşa - 2:0 (İkinci hissə)

Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0)

23:00. İngiltərə - Seneqal

Bütün xəbərlər Facebook səhifəmizdə