İsveçrədə Beynəlxalq Qılıncoynatma Federasiyasının 100-cü Konqresi keçirilib

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən SİA-ya bildirilib ki, konqres çərçivəsində cari mövsüm 2 dünya kubokunun və 1 Qran-Prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim olunub.

Qeyd edək ki, daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə