“Futbol üzrə 2022-ci il Dünya Çempionatı artıq başlayıb”. Bu fikirləri SİA-ya açıqlamasında Qarabağ Futbol Akademiyasının məşqçisi Elşad Xudatov bildirib.

Məşqçi qeyd edib ki, bu il çempionat Qətər şəhərində baş tutur: “Hər zaman dünya çempionatı yay fəslində keçirilib, lakin bu il ilk dəfə olaraq iqlim şəraitinə əsasən qış fəslində oldu. İndiyənə qədər Brazilyada, Meksikada və digər isti ölkələrdə Dünya Çempionatı keçirilsə də, bu cür vaxt dəyişikliyi olmamışdır. Düşünürəm ki, bu hal futbolçulara da müəyyən mənada təsir edəcək. Ona görə ki, iştirak edən idmançılar daimi olaraq özlərini çempionat üçün iyun ayına hazırlayırdılar. Dünya çempionatında 4 komanda olmaqla 8 qrup var. Dünən A qrupunda olan komandaların matçlarını izlədim. Düşünürəm ki, bütün idman sevərlər üçün dünya çempionatı olduqca maraqlı keçəcək. Bu bir növ idman bayramı hesab olunur. Lakin komandaların hansının finala çıxmasını müəyyən etmək çətindir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB