"Dünya çempionatı olduqca maraqlı və həyəcanlı keçəcək" - FUTBOLÇU DANIŞDI
“Bu il Dünya Çempionatı Qətərdə keçirilir. Düşünürəm ki, çox maraqlı oyunlar bizi gözləyir”. Bu fikirləri SİA-ya açıqlamasında “Mingəçevir” futbol komandasının futbolçusu Roman Hüseynov bildirib.
Gənc idmançı qeyd edib ki, 2022 dünya çempionatı bəzi idmançılar üçün sonuncu ola bilər: “Ona görə də məhz bu il keçirilən Dünya Çempionatı digərlərindən fərqlənəcək. Dünya çempionatında iştirak edən komandalarında yetərincə azərkeşi var. Fikrimcə, hər kəs böyük maraq və həyəcanla komandaların oyunlarını izləyəcək. Mənim favorim isə Argentina millisidir. Bütün komandalara uğurlar arzu edirəm”.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB