"Bütün futbol sevərləri bu bayram münasibətilə təbrik edirəm" - İDARƏ RƏİSİ AÇIQLADI
“Futbol üzrə dünya çempionatının keçirilməsi böyük tarixi hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.
Qurum rəsmisi qeyd edib ki, milyonlarla idman azərkeşi üçün bu əsl bir bayramdır: “Sevindirici bir haldır ki, dünya çempionatı ilk dəfə olaraq müsəlman ölkəsində təşkil olunur. Həmçinin bu çempionat ilk dəfə olaraq yay fəslində deyil qış fəslində təşkil olunub. Bu da məhz iqlim şəraiti ilə əlaqəlidir. Fikrimcə, çempionat oyunları olduqca maraqlı bir formada keçiriləcək.
Azərbaycanlı azərkşelərimiz də pərəstiş etdiyi komandaların matçlarını yüksək şəkildə izləyə biləcəklər. Azərbaycan və Türkiyə milli yığmasının dünya çempionatda iştirak etməməsini nəzərə alaraq mən İngiltərə milli yığma komandasına azərkeşlik edəcəm. Buna da səbəb ondan ibarətdir ki, İngiltərə milli yığması qalib olduğu halda ikinci dəfə dünya çempionatı olmaq imkanı var. Təbii ki, belə olduğu halda yenə də Azərbaycan adı yenə yada düşəcək. Çünki 1966-ci ildə Azərbaycan əsilli futbol hakimi Tofiq Bəhramovun qərarına əsasən İngiltərə milli yığmasının qalibiyyətinin əsası qoyulmuşdur. Bütün futbol sevərləri bu bayram münasibətilə təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB