U-21 yığmamız İsveçə qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-21 yığmamız bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxacaq. SİA xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv isveçli həmyaşıdları ilə üz-üzə gələcək.

Qarşılaşma 19:00-da başlayacaq.

Xatırladaq ki, üç gün öncə yığmamız Macarıstanın U-21 komandasına 0:3 uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə