"Futbolun inkişafında mühüm rol oynayacaq" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Bu gün təşkil edilən minifutbol üzrə turnirdə 52 dövlət qurumu iştirak edir". SİA xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçi qeyd edib ki, bu qədər dövlət qurumunun belə bir yarışda iştirak etməsi futbolun inkişafında mühüm rol oynayacaq: "Turnirdə iştirak edən şəxslərin nə dərəcə həvəsli olduqları göz önündədir. Azərbaycanda çox zaman keçirilən turnirlər hər zaman 1 həftə və ya 10 gün ərzində baş tutur. Lakin bu turnirə mayın 10-da yekun vurulacaq. Hər bir komandaya uğurlar arzu edirəm".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə