“Bugünkü oyundan çox razı qaldım”. SİA xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Moldova ilə keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.
"Çox yaxşı işlər gördük. Daha yaxşısını bacararıq. 90 dəqiqə mübarizəni dayandırmadıq. Buraxdığımız qola görə narahat oldum. Şahruddin oyunu ilə qol buraxmamağa layiq idi”, - o bildirib.
Çalışdırıcı noyabrın 20-də Şimali Makedoniya ilə səfərdə keçiriləcək matçla bağlı da düşüncələrini bölüşüb: “Şimali Makedoniyanı yaxşı tanıyıram. Çox yaxşı komandadır. Albaniyada çalışarkən onlara rəqib olmuşam. Bu matçda da uğurlu nəticə üçün çalışacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB