Oktyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla görüşüb. Görüşdə turizm sahəsində əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Fərid Qayıbov nazirliyin tabeliyində olan şimal, cənub, şərq və qərb regionlarında fəaliyyət göstərən idman kompleksləri, burada mövcud olan hotel, kotec, hostel tipli obyeklər və yaradılan infrastruktur haqqında məlumat verib. Nazir regionlardakı bir sıra komplekslərin ərazisində mövcud olan yerləşdirmə obyeklərində təmir-bərpa və infrastruktur işlərinin aparıldığını da qeyd edib.
Görüşdə Göydəniz Qəhrəmanov Assosiasiyanın fəaliyyəti haqqında məlumat verərək qurumun dövlət-özəl sektor arasında qarşılıqlı işbirliyinin qurulmasında və tərəfdaşlıq əlaqələrinin artırılmasında maraqlı olduğunu bildirib. Assosiasiya sədri regionlarda yerləşən komplekslərin turistlərin yerləşdirilməsi baxımından potensialını yüksək qiymətləndirərək bu istiqamətdə birgə fəaliyyətin regional turizmin inkişafına töhfə verəcəyini qeyd edib.
Görüş çərçivəsində tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi, ölkədə keçirilən beynəlxalq idman tədbirlərinin təşkilində birgə əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB