Dünya çempionatına ən çox futbolçu göndərən liqalar müəyyənləşib

Bu il Qətərdə keçiriləcək dünya çempionatına ən çox futbolçu göndərən liqalar bəlli olub. SİA-nın verdiyi məlumata görə, siyahının ilk pilləsində İngiltərə Premyer Liqası (163) qərarlaşıb.

İspaniya La Liqası 86 oyunçu ilə ikinci sırada yer alıb. İlk "3-lüy"ü Almaniya Bundesliqası (83) qapayıb.

İtaliya A Seriyasından 70, Fransa Liqa 1-dən 58, Səudiyyə Ərəbistanı çempionatı və ABŞ-ın MLS liqasından 35, Qətər liqasından 33, Belçika çempionatından 24, Meksika liqasından 23, Niderland Erediviziyasından, Portuqaliya liqasından və Türkiyə Super Liqasında hərəyə 19, Kosta-Rika Premyer Divizionundan 17 futbolçu mundiala qatılır.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə