"Ağalı kəndində artıq smart "DOST" mərkəzi yaradılıb" - SAHİL BABAYEV
"2019-cu ildən bu günə kimi 3 böyük sosial islahat həyata keçirilib". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli" mövzusunda keçirilən qələbənin ikinci ildönümü- Zəfər Gününə həsr olunan konfransda qeyd edib.
Nazir qeyd edib ki, bu islahatalar 4 milyondan çox insanımızı əhatə edir: "Çox nadir ölkələr var ki, cəmi 3-4 il ərzində bu qədər böyük islahatlar həyata keçirtsin. Post-müharibə dövründə də müharibə əlilərinə, şəhid ailələrimizə, müharibə iştirakçılarına müəyyən müavinətlər verildi. Bu müavinətlərin sayı 60 faiz artıb. 101 mindən çox vətəndaşımıza sosial müavinətlər verilib, 21 min şəhid ailəsi üzvləri və müharibə iştiralçıları işlə təmin olunub, 34 min şəxsə reabilitasiya dəstəyi göstərilib, vahid əlaqələndirmə sistemi yaradılıb. Bu proqramlar ardıcıl olaraq davamlı şəkildə həyata keçiriləcək. Ağalı kəndimizdə ilk smart "DOST" məntəqəsi qurulub, ora köçən 75 ailə işlə təmin olunub, Şuşada artıq "DOST" və "ASAN" xidmətləri yaradılacaq, Cəbrayılda və Ağdam-Füzuli-Tərtərdə "DOST" xidmətləri yaradılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB