“Gözəl ömür Vətən üçün yaşanılandır” adlı tədbir keçirilib - FOTOLAR

“Gözəl ömür Vətən üçün yaşanılandır” adlı tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “Energetik-1” Ərazi Partiya təşkilatında partiya fəallarının iştirak ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə “Gözəl ömür Vətən üçün yaşanılandır” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Tanrının xalqımıza bəxş etdiyi Heydər Əliyev taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətdə olmuş və Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, onu zəmanənin ağır məngənəsindən xilas etmişdir.

Azərbaycanın dövlətçilik ənənələrinin bərpa edilərək zənginləşdirilməsi, onun əbədi və dönməz xarakter alması, həmçinin çökmüş vəziyyətdə olan ölkə iqtisadiyyatının dinamik inkişaf yoluna qədəm qoyması, həm daxili sabitliyin təmin olunması, həm də beynəlxalq siyasi strategiyanın müəyyənləşdirilməsi məhz ulu öndər Heydər Əliyevin fədakar, səmərəli və qətiyyətli fəaliyyəti nəticəsində mümkün oldu.

Çıxış edən “Energetik – 1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov qeyd edib ki, Heydər Əliyevin dövlət və xalq qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi və mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki, Heydər Əliyev tək bugünkü Azərbaycanın deyil, sabahkı Azərbaycanın da memarıdır. Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu uzun illər boyu Azərbaycanı yüksəlişə aparacaq, hələ neçə - neçə nəsillər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə faydalanacaqdır.
Çıxış edən Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov bildirdi ki, bu xalqın bugünkü və parlaq gələcəyinin uğuru məhz təməli Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasətin nəticəsidir.

Digər çıxış edənlər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın sözün həqiqi mənasında öz qətiyyətli mövqeyi ilə dünya ölkələri arasında seçilməsini xüsusi vurğulayıblar

Bütün xəbərlər Facebook səhifəmizdə