Detoks reseptləri əsasən meyvələrdən xüsusilə tünd yaşıl yarpaqlı tərəvəzlərdən hazırlanan qarışıqlarla bədəninizin təmizlənməsini dəstəkləyir. Gündəlik olaraq qidalanarkən sağlamlığımıza zərərli olan yeməklərdən istifadə edirik. Lakin detoks qarışımları sayəsində biz bədənimizi zərərli maddələrdən təmizləyə bilərik. Bəs hansı detoks qarışımı effektivdir? SİA məhz sizlər üçün faydalı detoks qarışımlarını təqdim edir.
1. Zəncəfil-İspanaq Detoks resepti
4-5 yarpaq ispanaq
1 çimdik cəfəri
1 çay qaşığı toz zəncəfil
1 limon və alma
Bütün inqrediyentləri şirəçəkən və ya blenderlə üyüdürük. Detoks suyunun sıxlığını azaltmaq istəyirsinizsə, bir stəkan su əlavə edib üyüdə bilərsiniz. Hazırlanmış detoks suyunu təzə istehlak etmək tövsiyə olunur. Həmçinin, çox meyvə əlavə etmək şəkərin miqdarını artırır. Ona görə də daha çox tərəvəzə üstünlük vermək və az miqdarda meyvədən istifadə etmək tövsiyə olunur. Siz həmçinin reseptlərinizlə təzə zəncəfil seçə bilərsiniz. Daha çox təravətləndirici ləzzətləri sevirsinizsə, təzə nanə əlavə edə bilərsiniz.
2. Kefir-İspanaq Detoks resepti
1 stəkan kefir (sudan istifadə etmək olar)
1/2 (yarım) limon
4-5 yarpaq ispanaq yarpağı
1 çimdik cəfəri
Bütün bu məhsulları qarışdırıcıdan keçirdirik və istəyinizə uyğunda detoksa suda əlavə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB