Qızılgül suyunun dərimizə hansı təsirləri var? - MARAQLI MƏQAMLAR
Qızılgül suyu dərimizdə inanılmaz təmizləyici gücə malikdir. Qadınların istifad etdiyi təmizləyici və baxım məhsullarının əksəriyyətinin tərkibində qızılgül suyu vardır.
Bəs qızılgül suyunun dərimizə hansı xeyirləri vardır? SİA mövzu ilə əlaqədar olaraq qızılgül suyunun faydalarını sizə təqdim edir.
1. Dərinizin pH balansını qoruyur
Qızılgül suyu dərinizin pH səviyyəsini normal vəziyyətə gətirərək pisləşməni tarazlamağa kömək edir. Sabun və üz təmizləyicilərinin həddindən artıq istifadəsi dərinizin pH səviyyəsini poza bilər, bu da sızanaq kimi problemlərə səbəb ola bilər.
2. Dərinizin parlaq görünməsini təmin edir
Qızılgül yağı və qızılgül suyu dərinizi parlaq edən təsirli maddələrə malikdir. Buna görə də dəri ağartma üsullarında da məhz qızılgül suyundan istifadə olunur.
3. Həssaslığı və qızartıları azaldır
İltihab əleyhinə xüsusiyyətlərə malik olan qızılgül suyu dərini təravətləndirir və qızartıları azaldır. Antibakterial təsiri sayəsində sızanaq və qara nöqtələrin qarşısını ala bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB