Şəhidləri dəfn edən zaman " Ya Hüseyn " şüarının deyilməsi düzgündürmü? - HACI AYDINLIQ GƏTİRDİ

"Şəhidlik hər bir insana nəsib olmayan bir zirvədir". Bu sözləri SİA-ya açıqlamasında “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, bir çox Allah övliyaları özlərinə şəhadət arzulayırlar: "Unutmayaq ki, "Şəhidlik" məqsəd deyil. Yəni düşmənə zərbə vurmaq üçün döyüşə gedilməlidir. Düşünməliyik ki, şəhidlik itki deyil, xalqın qazancıdır. Şəhidi onun ailəsi formalaşdırdığı üçün böyük hörmətə layiqdirlər. İmam Hüseyn və Kərbala ayırıcı yox, birləşdirici mövzudur. Adətən, şəhidi dəfn edən zaman İmam Hüseynin adı çəkilir. Bu, sadəcə, bir adətdir. Heç bir xarici dövlətlə əlaqəsi yoxdur. İmam Hüseyn şəhidlər sərvəridir. Ona görə onun adı yad olunur".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə