Ətirlərin qarşı tərəfə təsiri necədir? - PSİXOLOQ AÇIQLADI

"Ətirlər hər bir insanın xarakterinə uyğun seçilir. Seçim bəzən də fəsillərə uyğun olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, ətirlərin qarşı tərəfə təsiri də insanların xarakteri ilə bağlıdır: "Bəzən insanlara sakit halda xoş gəlməyən ətir, əsəbi halda xoş gələ bilər.

Hamiləlik dönəmi var ki, bu ərəfədə də qoxuya qarşı həssaslıq yaranır".

Psixoloq sözlərinə belə davam edib: "Qoxunun qarşı tərəfə çox çatmaması üçün ətirlərdən normal istifadə etmək lazımdır. Bu, həm qarşı tərəfə olan hörmətin əlamətidir, həm də özünü yaxşı hiss etməsi üçün lazımdır.

Hər bir insanın spesifik dəri iyi var. Bəzən eyni ətri fərqli insanlar istifadə etsələr də, başqa iylər hiss olunur. Bu da qarşı tərəfin həmin anda psixi durumundan və xarakterindən asılıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...