Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası uğurla davam etdirilir

Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi üçün zəruri struktur islahatlarının aparılması, müvafiq qanunvericilik bazasının və texniki infrastrukturun formalaşdırılması, əlverişli investisiya mühitinin yaradılması son illərin ən böyük uğurlarındandır. Hazırda əsas məqsəd Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair qəbul olunmuş “Milli Strategiya”nın da hədəfi kimi informasiyalaşdırmanın, informasiya iqtisadiyyatının formalaşdırılmasını, yeni e-xidmətlərin dünya bazarına inteqrasiyasını, rəqəmsal iqtisadiyyatı hərtərəfli inkişaf etdirilməsidir. Həmçinin “Azərbaycan 2022 - gələcəyə baxış” İnkişaf Konsepsiyasında davamlı iqtisadi inkişafın təmin edilməsi, innovativ texnologiyalar iqtisadiyyatının formalaşdırılması məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdəndir.

Bu sahədə həyata keçirilən ardıcıl və uğurlu tədbirlər nəticəsində ölkəmizdə innovativ iqtisadiyyatın uyğun sektorlarında sürətli və dayanıqlı inkişafa nail olunmaq üçün zəruri tədbirlərin görülməsi əsas prioritetlərə aid edilmişdir.

O cümlədən, bütün ölkə üzrə yüksək keyfiyyətli İnternet və mobil rabitə infrastrukturu formalaşdırılması, vətəndaşların informasiya hüquqları təmin edilməsi, paytaxtla bölgələr arasında rəqəmsal fərqlər aradan qaldırılması, e-hökumət və onun e-elm, e-təhsil, e-vergi, e-gömrük və s. seqmentləri, eləcə də e-biznes, e-vətəndaş alt sektorları formalaşdırılması qarşıya qoyulan əsas hədəflərdən hesab olunmuşdur.

Məlum olduğu kimi son illər bütün qabaqcıl dünya ölkələri özünün inkişafında innovativ texnologiyalara söykənən iqtisadiyyata, onun yeni fazasına - innovasiya texnologiyaları üzərində qurulan yeni sənayeləşmə mərhələsinə daxil olmuşdur.

Təsadüfi deyildir ki, yüksək texnoloji həllər özünü bilavasitə istehsal qüvvəsi şəklində büruzə verərək göstərir. Buna görə də dünyanın qabaqcıl ölkələri müasir iqtisadiyyatın əsas növü olan innovativ iqtisadiyyatın formalaşması və inkişaf etdirilməsi problemlərini diqqət mərkəzində saxlayırlar. Çünki, məhz yeni iqtisadiyyata keçid davamlı iqtisadi inkişafı və cəmiyyətin rifahını təmin etməyə imkan verəcək.

İnkişafının yeni dövrünü yaşayan Azərbaycanda innovativ iqtisadiyyata keçid məsələsi böyük əhəmiyyət daşıyır və bu istiqamətdə geniş və ciddi müzakirələr aparılır. Bilindiyi kimi qlobal iqtisadiyyatda yaşanan silkələnmələrdən də göründüyü kimi, koronovirus pandemiyasının geniş yayılması və yaşadığımız 2022-ci il dünyada iqtisadi tənəzzül və dərin böhran ili kimi uzun müddət yaddaşlardan da silinməyəcək.

Belə bir şəraitdə, hələ 20 il bundan öncə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft və qeyri neft sektorunun inkişaf strategiyası Azərbaycanda sosial- iqtsadi inkişafın əsaslarını yaradaraq iqtisadi sektorun gələcək prespektivləri də nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının qarşısında başlıca vəzifə olaraq qoymuş və bu günə qədər görülmüş işlərin davamı olaraq daha nə kimi addımların atılmasını şərtləndirmişdir. Belə ki, bu istiqamətdə innovativ texnologiyaların geniş tədbiqi ilə iqtisadiyyatın yeni modelləri işlənilməli və rəqəmsal iqtisadiyyata keçid prioritet elan olunmalı və eyni zamanda, makroiqtisadi və siyasi sabitlik kimi amillər əsas götürülməlidir.Azərbaycan digər ölkələrdən fərqli olaraq qlobal maliyyə-iqtisadi böhrana qarşı öz daxili imkan və resurslarına hesablanan unikal yol seçmiş və bu yolla rəqəmsal iqtisadiyyatı dərinləşdirərək daha da şaxələləndirmişdir. Bununla da innovativ iqtisadiyyat onun əsas struktur elementlərinə söykənmişdir.

Eyni zamanda innovativ texnologiyaların geniş tədbiqi ilə böhrana daha az həssas olan sahələr müəyyənləşdirilmişdir. Burada, həmçinin, düşünülmüş və əlaqələndirilmiş makroiqtisadi, büdcə, maliyyə, vergi və eləcə də dərin struktur islahatlarının həyata keçirilməsini zəruriliyi göz önündə tutulmuşdur.

Eyni zamanda, Azərbaycan üçün belə bir yolun seçilməsi, əksər dünya ölkələrindən fərqli olaraq beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət etmədən, sahibkarlığı, müəssisə və təşkilatları, o cümlədən bank- maliyyə sektorunu da stimullaşdıraraq pandemiya böhranının mənfi təsirini minimum səviyyəyə endirməyi hədəfləmişdir. Bununla da dünyada davam edən dərin maliyyə-iqtisadi böhran şəraitində ölkə iqtisadiyyatına dəyən qaçılmaz zərərlərin qarşısının alınması, onun minumuma endirilməsi, innovativ texnologiyaya söykənən infrastrukturların daha da inkişaf etdirilməsi və həmçinin, qeyri neft sektorunun prioritetlər sırasında önə çəkilməsini nəzərə almışdır.

Digər tərəfdən, biznes mühitinin sağlamlaşdırılması, xarici investorların iqtisadiyyata cəlb edilməsi, sahibkarlıq fəaliyyətinin daha da təşfiq edilməsi, o cümlədən texnoloji innovasiya yönlü mütərəqqi təcrübələrin tətbiqi əsas diqqət mərkəzində olması diqqətə alınmışdır.

Eyni zamanda, sahibkarlığa və işgüzar mühitə maneə olan neqativ amillərə qarşı və həmçinin korrupsiya risklərinin azaldılması üzərində ciddi tədbirlər və səmərəli mexanizmlər analitik təhlil olunaraq qanunauyğun addımların atılması başlıca vəzifələrə aid edilmişdir.

Bununla da bu istiqamətdə zəruri addımların atılması ilə respublikamızda müasir tələblərə cavab verən yüksək rəqabətli rəqəmsal iqtisadiyyatın transformasiyasını, onun inkişaf etdirilməsinin əsas prioritetləri müəyyən edilmişdir. Nəticədə, bəhs etdiyimiz rəqəmsal transformasiya siyasəti, dövlətin innovativ texnologiyalara söykənən rəqəmsal iqtisadiyyata keçid strategiyasına uyğun olaraq Azərbaycanın zəngin neft-qaz resurslarını insan kapitalına çevirmək və ölkədə innovativ texnologiyalara söykənən iqtisadiyyata və müasir informasiya kommunikasiya texnologiyalarına əsaslanan qeyri-neft sektorunun inkişafına geniş platformalarda zəmin yaratmışdır. Beləliklə, innovativ texnologiyalara söykənən iqtisadiyyat öz növbəsində rəqəmsal iqtisadiyyatı hərtərəfli formalaşdıracaq və bununla da rəqəmsal transformasiyada intellektual idarəetmənin yeni prinsiplərinin əsası qoyulmuş olacaqdır. Həmçinin, rəqəmsal iqtisadiyyatın təməlini təşkil edən innovativ iqtisadiyyat və bu iqtisadiyyatın intellektual idarə olunma mexanizmləri yeni prioritetlər sırasında daha da inkişaf etdiriləcəkdir.

Əflatun MƏMMƏDOV,
MSN ETİN-nin l müavini, YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini, İnternet və yüksək texnologiyalar üzrə ekspert

Bütün xəbərlər Facebook səhifəmizdə