Xərçəng: bu qorxunc ölüm kabusundan necə qurtulmaq olar? - ARAŞDIRMA

Təbiətdə çarə tükənməzdir. Sadəcə, təbiətin qanunlarını pozmamaq, əksinə, onlara riayət etmək lazımdır

Əsrin bəlasına, insanlığın kabusuna çevrilən bu xəstəliyin müalicə üsulları hər gün təkmilləşdirilsə də, aldığı canların sayı azalmır. İndi dünyada xərşəngdən ölənlərin sayı təhlükəli həddə çatıb.

Qorxulu xərçəng statistikası

Dünyanı bürümüş xərçəng xəstəliyi ölümlərin birinci səbəbidir. 1975-2000-ci illər arasında xərçəng xəstəliyi 2 dəfə artıb, 2030-cu ildə daha 2 dəfə artacacağı gözlənilir. Xərçəngə qarşı Mübarizə Beynəlxalq Agentliyinin məlumatına görə, 2030-cu ildə 17 milyon adam bu xəstəlikdən vəfat edəcək.

Bu dəhşətli xəstəlik Amerikada hər il 500 min insanı öldürür. Bu ölkədə hər il 1.5 milyon adama xərçəng xəstəliyi diaqnozu qoyulur. Xərçəng xəstəliyinin qalxanabənzər vəzin xərçəngi, prostat vəzin xərçəngi, qan xərçəngi, dil xərçəngi, yoğun bağırsaq xərçəngi, qaraciyər xərçəngi, düz bağırsaq xərçəngi, süd vəzisi xərçəngi, ağciyər xərçəngi və digər növləri var.

Qadınlarda və kişilərdə xərçəng növləri

Süd vəzisi xərşəngindən dünyada hər 10 dəqiqədə 1 qadın dünyasını dəyişir. Son 10 ildə Azərbaycanda da süd vəzi xərçəngi 2 dəfəyədək artıb. Demək olar ki, ölkədə hər 7 onkoloji xəstədən biri məhz bu xəstəliyin daşıyıcısıdır.

Azərbaycanda süd vəzi xərçəngi onkoloji xəstəliklər arasında 1-ci yerdə durur. Süd vəzi xərçənginin effektli müalicəsi üçün bir neçə sahənin həkimləri əməkdaşlıq etməlidir- ginekologiya, radiologiya, patanatomiya, şüa terapiyası və onkologiya. Belə bir əməkdaşlıq daha effektiv müalicə aparılmasına səbəb olur.

Kişilərdə isə ağciyər, prostat vəzi və mədəaltı vəzin xərçəngi daha çox aşkarlanır. Burada siqaret və narkotikanın, süni qidaların böyük rolu var.

Ən hiyləgər xəstəlik

İlk mərhələlərində demək olar ki, heç bir əlamətlə özünü büruzə vermir. Mütəxəssislər onun əlamətlərini məhdud da olsa təyin ediblər. Əgər xərçəng tutub-tutmadığınızı müəyyənləşdirmək istəyirsinizsə, onda bu əlamətlərə diqqət edin.

İfrazat halının dəyişilməsi, 2 həftə keçməsinə baxmayaraq bədən üzvlərində yaranmış yaraların sağalmaması, qeyri-təbii olaraq ifrazat orqanlarında qanaxmanın baş verməsi, sinə, döş və orqanizmin digər üzvlərində şişlərin meydana gəlməsi, qidanı udarkən problemin yaşanması, orqanizmdə ziyil və xallarda dəyişikliyin baş verməsi, davamlı şəkildə, bəzən qan ilə və bəzən isə səsin tutulması ilə öskürəklərin meydana gəlməsi xərçəngin ilkin əlamətləridir.

Xərçəngin 4 ən yaxın dostu

Süni qidalar – Süni kimyəvi maddələrlə zəngin qidalar, kimyəvi içkilər, əlüstü yeməklər, qırmızı ət xərçəng xəstəliyinə səbəb olan qidalardır. Tütün də böyük paya malikdir. Ümumi fikrə görə süni qidalanma tərzi xərçəngin əsas səbəblərindən biridir.

Oturaq iş - Oturaq iş yoğun və düz bağırsaqların xərçənginin əmələ gəlməsinin riskini çoxaldır. İdarə işindəsinizsə tez-tez stuldan qalxıb hərəkət edin, liftdən istifadə etməməyə çalışın, hər gün azı yarım saat gəzişin, velosiped sürün və ya üzün.

Saç üçün boyalar - Saç boyalarından istifadə edən qadınlar digər qadınlara nisbətən xərçəngə tutulmağa daha çox risklidirlər. İlk növbədə, şübhə doğuran elementlər saç boyalarının tərkibində olan kimyəvi maddələrdir. Saç boyası üçün xınadan və təbii bitkilərdən alınmış məhluldan istifadə edin.

Mobil telefonlar - Gündə 20-30 dəqiqə mobil telefonla danışan insanlarda xərçəng xəstəliyinə tutulma ehtimalı böyükdür. Danışarkən səsi mikrafona qoyun, özünüzdən heç olmasa 1 qarış aralı tutun, ya da qulaqcıqla telefonu aralı tuturaq danışın, cibinizdə gəzdirməyin, 2 nömrə və ya 2 telefon işlətməyin.

Düzgün qidalanma ilə qorunun

Ümumiyyətlə, özünü xərçəng xəstəliyindən qorumaq istəyirsinizsə, onda süfrənizin baş yeməyi meyvə və tərəvəz olmalıdır. İlk növbədə bu, sarı, yaşıl və qırmızı-narıncı meyvələrdir: balqabaq, xurma, ərik və s. Kələmi isə məxsusi qeyd etmək lazımdır. O, qadın onkoloji xəstəliklərinə meyilli olanlar üçün çox xeyirlidir. Həmçinin, çuğundur və ispanaq da xərçəngin müalicəsində xeyirlidir.

Hisəverilmiş ərzaqlar (kolbasa, sosiska) sağlamlığa böyük ziyan vurur. Eyni zamanda, şəkərdən istifadə də məsləhət görülmür, əvəzində təmiz bal qəbul edin. Cola, çipsi, energetik içkilərdən aralı durun. Kök və kök şirəsi xərçəngə qarşı ən yaxşı vasitələrdəndir. Gündə 1 çay qağışı çay sodası, 1 çay qaşığı sirkə qəbul etmək də çox faydalıdır.

Qarabaşaq, buğda, darı, yulaf masada bir-birlərini əvəzləməlidir. Süd məhsullarını aşağı yağlılıqda, 1,5-2,5 % qəbul etmək məsləhət görülür. Keyfiyyətsiz bitki və saxta kərə yağlarından istifadə etməyin.

Vitaminli içkilər çox xeyirlidir. Xüsusilə də, otlardan, çiçəklərdən və bəzi ağacların budaqlarından, meyvələrindən hazırlanmış içkilər için. Misal üçün itburnu, qarağat, moruq, adaçayı, mərsin, başınağacı yarpaqları, cökə, nar qabığı, gicitkən, bağayarpağı, qatırquyruğudan çay hazırlamaq olar. Yaşıl çaydan da istifadə etmək lazımdır.

Təbiətdə çarə tükənməzdir. Sadəcə, təbiətin qanunlarını pozmamaq, əksinə, onlara riayət etmək lazımdır.

Lalə

Bütün xəbərlər Facebook səhifəmizdə