“Layihənin hansı məktəbləri əhatə edəcəyi məlum olacaq” - DEPARTAMENT MÜDİRİ

“Layihənin yekunlarına həsr olunmuş brifinqdə layihə çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verdik. Layihə 30 məktəbli arasında başlamışdı”. SİA xəbər verir ki, bu sözləri Rəşad Mehdizadə Qida Təhlükəsizliyi İnstitutunun Departament müdiri AQTA, UNICEF və TN birgə təşkilatçılığı ilə "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin yekunlarına həsr olunan media brifinqdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Məktəblinin Dostları qida təhlükəsizliyi və sağlam qidalanma vərdişləri ilə bağlı məlumatlandırılıb: “Daha sonra həmin Məktəblinin Dostları arasında sorğu keçirilmiş və həmin sorğunu uğurla başa vuran 16 Məktəblinin Dostu ilə lahiyəni davam etdirmişdik. 16 məktəblinin dostunun təmsil olunduğu məktəblərdə 5-9-cu siniflər arasında təxminən hər məktəbdən 100 nəfər olmaqla, ümumilikdə 1600 nəfər məktəbli arasında sorğu keçirildi”.

Rəşad Mehdizadə sözlərinə belə davam edib: “Qeyd etməliyəm ki, lahiyə Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üzrə dövlət proqramı, eləcə də UNİCEF-in Azərbaycan nümayəndəliyinin 2021-2022-ci illər üçün səhiyyə və qidalanma proqramı çərçivəsində həyata keçirilmişdir.

Bu, pilot lahiyədir. Yaxın günlərdə bu lahiyənin davamlı olacağını və hansı məktəbləri əhatə edəcəyi məlum olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...