Əxlaqi dəyərləri aşındıran gecə klublarına yol vermək olmaz - SOSİOLOQ DANIŞDI

“Gecə klublarının cəmiyyətimizə necə zərbə vurması ilə bağlı danışmaq çox həssaslıq tələb edir. Bu gecə klublarının fəaliyyətindən asılıdır. Cəmiyyətimizdəki mənəvi dəyərlərə zərbə vuran istənilən fəaliyyət arzuolunmazdır. Bu birmənalı olaraq belədir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, hansı cəmiyyətdə ki mənəvi dəyərlər öndə oldusa, o cəmiyyət özünü tənzimləyir və tərəqqi baş verir: “O cəmiyyətdə ki, mənəvi dəyərlər arxa plana keçirsə, burada günü-gündən qarşıdurma yaranır. Ona görə də əgər gecə klubların fəaliyyəti mənəvi dəyərlərin aşınmasınsa rol oyanayırsa, çox diqqətli olmaq lazımdır. Bu cəmiyyətdə arzuolunan hal deyil.

Ölkədə humanitar siyasət belə olmalıdır ki, bu məsələlər aydın şəkildə başa düşülə bilsin. Kimsə deyə bilər ki, müasir ölkələrin hamısında gecə klubları var və bu insanların tələbatıdır. Amma bu cəmiyyətimizdə öz əksini elə tapmalıdır ki, hər hansı bir mənfilik olmasın”.

Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: “Mənfi və müsbət tərəflərinə gəldikdə isə bəzi insanlar bura dincəlmək üçün gedir. Belə yerlərdə çox mədəni mühit olmalıdır. Mən bu klubların fəaliyyəti ilə bağlı xeyli məlumatlıyam. Əsas məsələ isə bu klublarda nəyin baş verməsidir. Əxlaqi dəyərləri aşındıran gecə klublarına yol vermək olmaz.

Bəs, insanların hamısı bura sırf əylənmək üçün gəlir? Əylənmək sözünün özünün də böyük izaha ehtiyacı var. Kim əylənməyi necə başa düşür? Bu əylənmək əxlaqi-məməvi dəyərlərin aşınmasına, müxtəlif xəstəliklərin yayılmasına xidmət edirsə burada yaxşı bir şeydən söhbət gedə bilməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə