"Məlumdur ki, Azərbaycan quşların beynəlxalq hərəkət trayektoriyası üzərində yerləşir. Ona görə də Azərbaycan üçün quş qripinin izlənməsi çox əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AQTA, Ekologiya Nazirliyinin monitorinqləri hər il noyabr-may aylarında Azərbaycanda keçirilir: "Bunlar fərdi təsərrüfatlarda, quşçuluqda keçirilir. Əvvəlcə nəzəri baxış olur. Şübhəli olanda materiallar götürülür və müvafiq laboratoriyalar analiz aparır".
Eyyub Hüseynov sözlərinə belə davam edib: "Azərbaycanda hazırda vəziyyət stabildir. Lakin dünyada belə deyil. Beynəlxalq təşkilatların verdiyi məlumatlar əsasında xarici ölkələrdən Azərbaycana gətirilən bəzi quş məmulatlarına qadağalar qoyulur. Bəzi qadağalar hələ də mövcuddur. Azərbaycanda bu günə kimi quş qripi məsələsi müəyyən olunmayıb. Lakin insanlar bilməlidirlər ki, xüsusən, açıq havada saxlanılan quşların quş qripinə yoluxması çox asandır. Buna görə də fərdi təsərrüfatlarda olan insanlar quşlarını qorumalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB