Keçirdiyim hissləri sözlərlə ifadə etmək çətindir - PREZİDENT MÜKAFATÇISI DANIŞDI
"2 Fevral Azərbaycan Gəncləri Gününün 25 illiyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncamına əsasən Prezident mükafatı ilə təltif edilməyim mənim üçün çox sevindirici və qürürverici bir hissdir. Fəaliyyətimin dəyərləndirildiyi üçün cənab Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Belə bir ali mükafatla təltif olunmaq və görülən işlərə şəxsən cənab Prezident tərəfindən qiymət verilməsi bir gənc olaraq mənim üçün çox şərəfli hissdir və keçirdiyim hissləri sözlərlə ifadə etmək çətindir. Hesab edirəm ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, Prezident mükafatçısı Azər Əliyev deyib.
Onun sözlərinə görə, bu gün tam əminliklə deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyev tərəfindən miras qoyulan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən gənclər siyasəti indi yeni mərhələyə qədəm qoyub: "Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncləri isə öz növbəsində bu qayğını yüksək qiymətləndirir, öz məsuliyyətini dərk edir və cənab Prezident İlham Əliyevin ətrafında birləşirlər.
Bütün bunları nəzərə almaqla tam inamla demək olar ki, aparılan siyasətin, görülən işlərin nəticəsi kimi qeyd edə bilərəm ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb və qazanmağa davam edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB