"Mükafatlandırmada birinci mənim adım səslənib" - PREZİDENT MÜKAFATÇISI DANIŞDI
"Mən Axundova Lalə Əhməd qızı Milli Elmlər Akademiyasının nümayəndəsi idim və Molekulyar Biologiya ve Biotexnologiyalar İnstitutunda doktorant və əməkdaşam. 2 aprel 2022-ci ildə Gülüstan sarayında cənab Prezident İlham Əliyev mənim elmi fəaliyyətimi və əməyimi çox böyük mükafatla qiymətləndirib. Buna görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm". Bu sözləri SİA-ya açıqlamasında Prezident mükafatçısı Lalə Axundova deyib.
Onun sözlərinə görə, forumun əvvəlində İlham Əliyev gənclərlə əlaqədar layihələrdən danışdı: "Bundan sonra gənclər onları maraqlandıran sualları verdilər. Suallar fərqli istiqamətlərdə çalışan gənclərdən gəlmişdi və çox aktual, maraqlı idi. Cənab Prezident bütün sualları tam aydın şəkildə cavablandırıb".
Lalə Axundova sözlərinə belə davam edib: "Suallar, əsasən, Qarabağ mövzusu ilə bağlı idi. Orada olan abadlıq işlərindən danışılıb, ekologiyanın bərpası müzakirə olunub. Forumun sonunda mükafatlandırma mərasimi baş tutub və birinci mənim adım səslənib. Cənab Prezident mənə diplomumu təqdim edəndə qürur və xoşbəxtlik hissləri keçirdim. Mənim üçün cənab Prezident tərəfindən birinci mükafatım idi və sözsüz ki, bu mükafat mənim gələcək elmi işlərimdə məsuliyyətimi və həvəsimi daha da artıracaq. Cənab Prezident İlham Əliyevə təşəkkürlərimi bildirirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB