Bağça uşağa tərbiyə verirmi? - PSİXOLOQ AÇIQLADI

"Məktəbəqədər hazırlıq, tədris müəssisəsi uşağın birbaşa inkişafı ilə bağlıdır. Çünki məktəbəqədər hazırlıq təhsil sisteminin əsasıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, uşaqların bağçaya qoyulması həm onların təhsilinin ilk pillələridir, həm onların əmək vərdişlərinin öyrədilməsi, kollektivə uyğunlaşmaları, onların ümumiyyətlə hərtərəfli inkişafı üçün bağçaların önəmi böyükdür: "Bundan əlavə həmçinin uşaqların bir-biri ilə ünsiyyət qurulması, onların nəyisə qavraması, hafizəsinin formalaşdırılması üçün bağça çox vacibdir. Bağça uşağa tərbiyə verir. Çünki bağça ailənin davamıdır. Bağçada olan təhsilin içərisində tərbiyə də var. Bağçada, əsasən, kollektiv içərisində özünü aparmaq, uşaqlarla, əşyalarla necə davranmağı öyrədilir. Ümumiyyətlə, bağça dedikdə təkcə uşağa yemək verib, yatızdırmaq anlayışını yığışdırmaq lazımdır. Bağçada həmçinin uşağa ilkin anlayışlar öyrədilməli, uşaqlarda rəsm, rəqs bacarıqları aşkar edilməlidir. Ümumiyyətlə, uşağın ümumi inkişafına çox müsbət təsir edir. Əlbəttə bağçadakı müəllimləri psixoloji durumu daimi yoxlanılmalıdır. Çünki onlar cəmiyyətə bir fərd yetişdirirlər".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...