Ət məhsulları bahalaşıbmı? - FOTOREPORTAJ

Dünyada baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib. Cənab Prezident İlham Əliyev yanvarın 12-si yerli telekanallara verdiyi müsahibəsində məhz bu məsələyə toxunmuşdur.

Prezidentin sözlərinə görə, Azərbaycan ən ucuz buğdanı Rusiyadan alır və əsas təchizaçtı kimi bu ölkədə həm qiymətlər, həm də ixrac rüsumları artdığına görə Azərbaycan da çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdi. Prezident bildirib ki, bir müddət öncə maaş və digər ödənişlərin artırılmasını bahalaşmanın "təzminatı kimi" qiymətləndirmək olar.

Səs informasiya Agentliyi olaraq məsələnin aktuallığını nəzərə alaraq süni qiymət artımının olub-olmadığını öyrənmək üçün digər qiymətlərlə də yaxından maraqlandıq.

Bununla bağlı olaraq Yeni Yasamalda yerləşən ət kəsim məntəqələrinə və mağazalara yaxınlaşıb real vəziyyəti öyrəndik.

İlkin olaraq "Yeni Yasamal2" Məhəmməd Xiyabani ünvanında yerləşən ət kəsim məntəqəsinə baş çəkdik. Məntəqənin satıcısı Namiq Qarayevin sözlərinə görə ət məhsullarında heç bir artım müşahidə olunmur. Yəni bütün qiymətlər stabil olaraq qalır. Onun sözlərinə görə başqa ət məntəqələrində artım hiss olunur. Lakin burada mal əti sümüklü 11.50, sümüksüz 14.50-di, qoyun əti isə 13.50-dır.

Daha sonra həmin ərazidə yerləşən başqa bir ət məntəqəsinə yaxınlaşdıq. Satıcı Yunis Muradovun sözlərinə görə ətin qiymətinin qalxması ilə bağlı olan məlumatların hər biri şaiyədi. Məntəqədə olan hər bir ət məhsulu əvvəlki qiyməti ilə eynidi.

Ümumiyyətlə alıcı səviyyəsinin aşağı olması qiymətin qalxmasına maneədi. Onun sözlərinə görə bu ərazidə ən ucuz ət satılan məntəqə buradı.

Daha sonra “Ağcabədi” adı altında fəaliyyət göstərən ət dükanına yaxınlaşdıq. Dükanın müdiri Elməddin Tapdıqlının sözlərinə görə, burada kəsilən mal-qaraların hər biri Ağcabədidən gətirilir. Burada sümüklü mal əti 14 manat, sümüksüz isə 11.50-dir. Ona görə də buradakı ət məhsullarının qiyməti digər dükanlardakı qiymətlərdən fərqlənir. Bunun səbəbi odur ki, həmin məntəqələrdə xaricdən gətirilən mal-qaranın ətləri satılır. Ona görə də, qiymətlər ucuz olur.

Yenidən həmin ərazidə yerləşən “Laçın” və “Beyləqan” ət məntəqələrinə yaxınlaşdıq. Həmin məntəqələrin satıcıları Mirzə Məmmədov və Sənan Səfərovun sözlərinə görə, heç bir artım müşahidə olunmur. Əgər artım baş verərsə, maksimum 50 qəpik qalxacaqdır. Onların sözlərinə görə, bunların hər biri şaiə xarekterli məlumatlardı. Sənan Səfərovun fikirlərinə görə, şəhərdə ən ucuz sayılan ət məhsulları Yeni Yasamal ərazisindədi. Ümumiyyətlə alıcıların ətə olan marağı kəskin şəkildə azalmışdı.

"Yeni Yasamal" ərazisində yerləşən “Halal kəsilmiş dana və quzu əti” ət məntəqəsinin müdiri Cümşüd Nuriyevin fikirlərinə görə, quzu ətində artım var. Bunun da əsas səbəbi arpa və buğdanın artması nəticəsində baş vermişdi.

Bununla yanaşı Yasamalda yerləşən “Bravo” mağazasına yaxınlaşdıq. Burada isə vəziyyət tamamilə fərqli idi. Digər məkanlarda qiymət artımı müşahidə olunsa da, sümüksüz mal ətinin qiyməti endirim ilə 9.99 AZN idi.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə