Bu hadisələrin qarşısını almaq mümkünsüzdür -EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Son günlərdə Azərbaycan cəmiyyətində uşaqlara qarşı göstərilən şiddət və onlara qarşı amansızcasına rəftar edilməsi çox ciddi sürətdə qınanılır. Dünyanın bir çox ölkələrində bu tipli hadisələr tez-tez baş verir”. Bu sözləri SİA-ya açıqlamasında analitik-ekspert Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, bu tipli hərəkətlər baş verdikcə ictimaiyyətin etirazı və qınağı ona gətirib çıxartdı ki, Qərb və Avropa ölkələrində uşaqlara, qadınlara, yaşlılara ümumiyyətlə insana qarşı hər hansısa bir formada şiddət qəti qadağan edildi: “Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da şiddətlə bağlı cinayət işi tərtib olunur və çoxlu sayda insanlar həbs edilir. Keçmiş zamanlar da ölkəmizdə insanlar tərəfindən uşaqlara şiddət göstərilməsi çox normal qarşılanırdı. Son illərdə bu mözvular çox mübahisəli məsələlərə çevrilmiş və ciddi şəkildə ictimaiyyət tərəfindən qınaq obyektivinə səbəb olmuşdu. İsmayıllı rayonunda yerləşən bağçada baş vermiş hadisə haqqında onu deyə bilərəm ki, bu nə birincidi, nə də sonuncu. Hadisə baş verdikdən dərhal sonra valdeyin bildirdi ki, müəllim mənim qohumumdu. Əgər bir valdeyin uşağının şiddət almasına qarşı deyilsə, o valdeyinin analıq hüquqları əlindən alınmalı və körpəni aidiyyatı qurumlara təhvil verilməlidir. Əvvələr bu kimi hadisələr xüsusilə internat məktəblərində tez-tez baş verirdi. Biz onların nəinki yalnız fiziki şiddətə məruz qalmasından, eyni zamanda sexsual, psixoloji və mənəvi şiddətlərə düçar olmasından danışmırıq. İlk dəfə Azərbaycan ədəbiyyatında və kinosunda İsi Məlikzadənin əsəri əsasında belə bir filmdə çəkilmişdi. Həmin əsərdə internat uşaqlarının necə mənən sındırılması, şiddətə məruz qalması göstərilirdi. Dünyanın bir çox ölkələrində həm psixoloji həm də, mənəvi və fiziki şiddətlərə məruz qalan insanlarla, yeniyetmələrlə bağlı filmlərlə rastlaşırıq. Bunun qarşısını almaq qeyri-mümkündür. Əgər ictimai nəzarət yoxdursa və dövlət qurumlarının ictimai təsisatları müdaxilə etmirsə, əlbətdəki bunun qarşısını almaq mümkünsüzdür. Son dövrlərdə sosial şəbəkələrin inkişaf etməsi nəticəsində insanların bu hadisələri paylaşması bu şiddət faktlarının ictimailəşdirilməsini asanlaşdırır. Müəyyən aidiyyatı orqanlarda tərəfindən bunun qarşısı alınır və həmin şəxslərə müxtəlif cəzalar tətbiq edilir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə