Prezidenti hər bir vətəndaşın sosial vəziyyətini düşünüb - QHT RƏSMİSİ MÖVQE BİLDİRDİ

"Məlum olduğu kimi cənab Prezident hakimiyyətdə olduğu müddətdə daima vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində önəmli addımlar atıb. Böyük bir sosial rifah paketi yerinə yetirilib. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması, təqaüdlərin, müavinətlərin artırılması istiqamətində illərdir ki, dövlət səviyyəsində sosial paketlər həyat keçirilib". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

Rauf Zeyni bu barədə fikirlərini belə izah edib: "Cənab Prezidentin imzaladığı sərəncamla həm 1-ci, 2-ci, 3-cü qrup əlillərin pensiyalarının artırılması, müavinətlərin qaldırılması bütün bunlar hamısı humanist addımlardır. Bu da ölkə Prezidentinin siyasətinin mərkəzində daima vətəndaşların sosial rifahının artırılmasının dayandığını göstərən faktordur. Ona görə də ilin əvvəlindən sonuna qədər iqtisadi vəziyyətdən, böhran vəziyyətindən, maliyyə çətinliyindən irəli gələn problemləri nəzərə alaraq ölkə Prezidenti hər bir vətəndaşın sosial vəziyyətini düşünüb. Bununla əlaqədar olaraq sosial dövlət proqramı imzalandı. Eyni zamanda 1-ci Qarabağ müharibəsində iştirak etmiş 1-ci, 2-ci, 3-cü qrup əlillərə birdəfəlik vəsaitin ödənilməsi özü də 30 il bundan qabaq birinci Qarabağ müharibəsində yaralanmış əsgər və zabitlərimizin vəziyyətini düşünmək idi. Burada 20 min döyüşçüdən söhbət gedir. Ali Baş Komandan onların da vəziyyətini diqqətdə saxlayır. Onların da rifah halının yaxşılaşdırılması günün mövzusudur.

Hesab edirəm ki, vətəndaş cəmiyyətləri, QHT-lər aparılan bu islahatları, siyasəti, xüsusilə vətəndaşların sosial rifah hallarının yaxşılaşdırılması ilə əlaqədar olaraq atılan addımları, sosial proqramları yüksək qiymətləndirir. Cənab Prezident tərəfindən atılan bu humanist addımı dəstəkləyirik. Bundan sonra da bu istiqamətdə dövlət səviyyəsində işlərin davam edəcəyinə əminik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə