Azərbaycan Karyera İnkişaf Forumu keçirilib - YENİLƏNİB

Bakıda Azərbaycan Karyera İnkişaf Forumu keçirilir. SİA məlumat verir ki, forumda nazir Sahil Babayev, Emin Əmrullayev, Fərid Qayıbov və digərləri iştirak edirlər.

Nazir Sahil Babayev məşğulluq barədə məlumat verdi. Qeyd etdi ki, sadəcə KOBİA vasitəsi ilə xeyli vətəndaşın özünəməşğulluğa cəlb edilib. O, hədəf kimi məşğulluq işində iştirak edənlərin yarısına qədərinin ixtisaslaşdırılmasının nəzərdə tutulduğunu qeyd edib: "Eyni zamanda Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə ixtisaslaşmış kadrlara xeyli ehtiyac var".

Daha sonra söz təhsil naziri Emin Əmrullayeve verilib. Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev təhsilin insanın inkişafında mühüm rol oynadığını bildirib. Təhsil naziri həmçinin peşə təhsilinin yaratdığı imkanları vurğulayaraq bu sahəyə olan həvəsin daha da artdığını və müraciət sayında artım olduğunu deyib. O, eyni zamanda qeyd edib ki, lazımlı olan sahələrə fokuslanılarsa, daha keyfiyyətli kadr yetişdirməyin mümkün olar.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir çıxışında deyib ki, karyera bir insanın özünü həmin peşədə hiss etdiyinin göstəricisidir. Gənclərin peşə seçiminin daha fərqli olduğunu bildirən nazir bunu innovasiyaya gənclərin diqqətinə bağlayıb. Nazir fikirlərini Ümummilli lider Heydər Əliyevin sözü ilə yekunlaşdırıb. O, Ulu öndərin "Azərbaycan gənclər ölkəsidir. Buna görə də gənclər üçün daha böyük perspektivlər və imkanlar açmaq lazımdır" sözünü xatırladıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə