Animasiyalı cizgi filmlər uşaqlara NECƏ TƏSİR EDİR? - YENİ MƏQAMLAR - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

"Cizgi filmi məsələsi hər zaman diqqətimdə olan bir məsələdir. Ötən il bu vaxt mən bir kitab hazırlamışam, kitabın adı belədir “Ömrün uğurlu bünövrəsi”. Bu kitabda uşaqların düzgün yetişdirilməsinin metod və üsullarından bəhs etmişik. Bu baxımdan cizgi film məsələsi çox ciddi məsələlərdəndir". Bunu SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

O, qeyd edib ki, biz uşaqlarımıza elə cizgi filmləri göstərməliyik ki, o, uşaqlarda xoş ovqatı, ahəngdar bir daxili aləmi, təbiətə, cəmiyyətə, insanlara, özünə hörməti artırsın.

Əhməd Qəşəmoğlu bu barədə fikirlərini belə izah edib: "İnsanlarda nə xoş xasiyyət varsa, onları aşılayan cizgi filmləri olmalıdır. Bu xüsusiyyətlərə islamda nəcib xüsusiyyətlər də deyirlər. Biz öz yeni nəslimizi necə görmək istəyiriksə, ona uyğun öz milli cizgi filmlərimizi hazırlamalıyıq. Əks halda başqa cizgi filmləri, başqa xarakterli dəyərlər aşılayır. Eyni zamanda indi dünyada müəyyən dağıdıcı qüvvələr var. Bu qüvvələr dağıdıcı cizgi filmləri hazırlayırlar. Bundan qaçmaq lazımdır. Bundan qaçmaq üçün isə özümüzün kifayət qədər ciddi fəaliyyətimiz olmalıdı".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...