Azərbaycanda iki yeni medal təsis edilir - RƏSMİ

Azərbaycanda iki yeni medal təsis edilir. SİA xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)”, "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı təsis olunacaq.

Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə