Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği artırılır

Azərbaycanda 2022-ci ilin sonunda əmək pensiyalarının orta aylıq məbləğinin 343,17 manat təşkil edəcəyi proqnozlaşdırılır.

SİA-nın məlumatına görə, bununla bağlı məsələ “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisə daxil olub və komitə iclaslarında müzakirəyə çıxarılacaq.

2021-ci ilin sonuna isə bu rəqəmin 327,50 manat olacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə