"Sadə vətəndaşlar Prezidentdən örnək götürür" - SOSİOLOQ ŞƏRH ETDİ
"Cənab Prezidentin iki gündür sosial şəbəkədə yayılan şəkli olduqca müsbət aura yaradıb. İndi sahibsiz heyvanların sahibləndirilmə qruplarında pişik axtaranlar daha çox olub, sahibsiz itə, pişiyə ev sahibi olmaq istəyənlər çoxalıb. Yəni, Prezidentin bu davranışı cəmiyyətə müsbət mənada çox yaxşı təsir edib". Bu sözləri SİA-ya açıqlamasında sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, biz, həmişə bunun fərqindəyik ki, böyük vəzifədə olan insanlar cəmiyyətə nümunə olan insanlar nə cür davranırsa, sadə vətəndaşlar ondan örnək götürür: "Prezidentin bu davranışının Onun heyvanlara olan məhəbbətindən, canlılara olan diqqətindən irəli gəldiyini hamı anladı. Nəinki həmin bu şəkildə, eləcə də 44 günlük Vətən müharibəsi dövründə, müharibədən sonra uzun illərdir sahibsiz qalmış torpaqlarımıza səfəri zamanı Prezidentin verdiyi mesajlar insanları ürəkdən sevindirirdi".
Lalə Mehralı sözlərinə belə davam edib: "Prezidentin ən sadə xalq dilində istifadə etdiyi cümlələr aforizmlərə çevrildi. Hətta bununla bağlı lətifələr qoşuldu, çox maraqlı əhvalatlar nəql olunurdu. Ümumiyyətlə, Prezidentimiz çox səmimi insandır. Mən onunla şəxsən görüşüb, danışıb, hal-əhval tutmuş bir insan kimi bunu bilirəm ki, olduqca səmimi insandır. Bu ümumiyyətlə onun təbiətindən irəli gələn davranışdır".
"Mahnı məsələsinə gəlincə, o mahnını mən də çox sevirəm. Vətən barədə yazılmış ən gözəl mahnılardan bəlkə də birincisidir. İlhamə xanım o mahnını çox gözəl ifa edib. Mən o mahnıya bir neçə sənətkarın ifasında qulaq asmışam. İlhamə xanım kimi o mahnını gözəl ifa edən tanımıram. Şəxsən mənə ən çox onun ifası xoş gəlirdi. Hətta Prezidentin onun ifasına qulaq asması onun öz ölkəsinə, öz sənətkarlarına, öz vətəndaşlarına verdiyi qiymətdən irəli gəlir. Çox sevindirici haldır xanım müğənninin özü də açıqlama vermişdi ki, "mən çox böyük xoşbəxtlik hissi yaşadım ki, Prezident mənim nəğməmə qulaq asır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə