"İordaniya uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirilib - FOTOLAR

Oktyabrın 23-də “Caspian Plaza”da İordaniya dövlətininin yaraflımasının 100 illiyi münasibətilə azyaşlı rəssamların “İordaniya uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb.

SİA xəbər verir ki, sərgi “Dirçəliş” Gənclərin Sosial-Psixaloji Reabilitasiya Mərkəzi və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyi tərəfindən mədəniyyətlərarası dialoqun möhkəmləndorilməsi məqsədilə təşkil olunub.

İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh İordaniya-Azərbaycan münasibətlərinə toxunaraq bu qardaşlığın əsasını İlham Əliyev və İordaniya dövlətinin başçısı II Abdullah ibn Al Hüseyn tərəfindən qoyulduğunu söyləyib. Bildirib ki, uşaqların İordaniyanı necə görməsi sərginin əsasını təşkil edir. O, belə tədbirlərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcyini bildirib.

Xalq rəssamı Arif Hüseynov balaca həmkarlarını təbrik edərək bildirib ki, onlar təsviri sənətin gələcəyidir. Qeyd edib ki ,sərgi uşaqların xatirəsindən uzin illər silinməyəcək.

Sonda sərgiyə qatılan balaca rəssamlara sertifikatlar təqdim olunub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə