Prezident İlham Əliyevin liderlik fenomeni - MƏQALƏ

Prezident İlham Əliyev XX əsrdə Azərbaycanı yüksək inkişaf etmiş müstəqil dövlətlər sırasına çıxarmağa tam qadir olan əsl liderdir. Bu gün İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. O, xalqa verdiyi vədləri bütünlükdə yerinə yetirib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. O, hakimiyyətə gələndən böyük zəfər gününə kimi, 18 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə aparırdı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.

İlham Əliyev hakimiyyətə gələrkən söz verdiyi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə çalışırdı. Ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.

Prezidentin 18 sentyabr 2006-ci ildə keçirilən Antalya Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında qətiyyətlə dediyi: “Azərbaycan torpaqları danışıqların mövzüsu ola bilməz” fikri onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial olmasının göstəricisidir. Müsahibələrinin birində demişdi: ”Biz heç zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir”.

3 oktyabr 2019 cu il “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq söylədiyi fikir dillər əzbəridir. "Mən Ermənistan baş nazirinin, təəccüb doğuran "Qarabağ Ermənistandır və nöqtə” bəyanatına toxunmaq istərdim. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, "Qarabağ Azərbaycandır və nida işarəsi”!

İlham Əliyev sülh tərəfdarı olsa da, qansız, müharibəsiz münaqişənin həllinə çalışsa da, istənilən yolla ərazi bütövlüyümüzün bərpa olunacağını söyləmişdi. Təkcə söyləmədi, elədi də!

27 sentyabr 2020 ci il Azərbaycan, region, hətta dünya üçün yeni bir tarixə çevrildi. Ermənistan təxribatı və hücumu cavabsız qalmırdı. Prezident xalqa çağırış etdi, xalqı Ali Baş Komandanla bir olmağa səslədi. Xalq onun səsinə səs verdi. Birlik, həmrəylik, inam, vətənpərvərlik göstərərək, bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Lider həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühum qüvvədir. Məhz bu keyfiyyətlər sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaratmışdır.

Prezident İlham Əliyevi başqalarından fərqləndirə bir çox üstün cəhət var. Siyasətdə sistemlidir, səbrlidir, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini sadəcə özü bilir. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Zəfərlə bitən vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir. O siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, enerji layihələri, mədəniyyətlər, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələsini əhatə etdi. Onun canlı qüvvəsini, hərbi-texnikasını məhv etməklə qalmadı, hərbi-texnikasını qənimət kimi götürdü. Buna görə də ermənistanın mifik ordusu güclü Azərbaycan əsgərinin qarşısında tab gətirə bilmədi.

Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqrasiyalı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə zəfər günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aprmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlət başçısıdır.

İnsan vəzifəsini layiqincə yerinə yetirində ona qarşı inam, sevgi hörmət artır. Vəzifə insana bəzək olmamalıdır,insan vəzifəyə bəzək olmalıdır.

Elnurə Mənsimova

262 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...