Şəmkir Gənclər Evi mülki şəhidlərimizin ailəsini ziyarət edib - FOTOLAR

11 oktyabr tarixində Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsi tərəfindən Gəncə terroru zamanı həyatlarını itirmiş Anar Əliyev və onun yoldaşı Nurçin Əliyevanın məzarları ziyarət olunub, məzarları önünə tər güllər düzülüb, əziz xatirələri ehtiramla yad edilib. SİA xəbər verir ki, sonra isə Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları mülki şəhidlərimizin ailələrinə baş çəkib, onlara dəstək olublar. Hər iki valideynini itirmiş 9 yaşlı Hüseyn Əliyevə müəssisə tərəfindən məktəbli çantası və lazım olan bir sıra ləvazimatlar hədiyyə olunub.

Qeyd edək ki, mülki şəhidlərimizin ailəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...