Müstəqillik günlərimizi unutmamalı və unutdurmamalıyıq - PAYTAXT SAKİNLƏRİ - SORĞU

18 oktyabr və 28 may günlərinin statusunda dəyişiklik olub. Belə ki, bundan sonra 28 May "Müstəqillik Günü", 18 oktyabr isə "Müstəqilliyin Bərpası Günü" kimi qeyd olunacaq. Bu barədə paytaxt sakinləri arasında SİA olaraq sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:

Paytaxt sakini Namiq Əfəndiyev: "18 oktyabr günü 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikasının bərpa olunduğu gündür. Biz cümhuriyyətin varisləriyik. 18 oktyabr olduqca təntənəli şəkildə hamı tərəfindən qeyd olunmalıdır".

Paytaxt sakini Seymur Qocayev: "18 oktyabr günü tariximizin ən gözəl günlərindən biridir. Bu gündə biz müstəqilliyimizi bərpa etmişik. Bu asan başa gəlməyib. Qanla bu əldə olunub. Bunu nəsillərə axtarmalıyıq".

Paytaxt sakini Ərəstun Əzizov: "Bu çox yerində və düşünülmüş qərardır. 28 may və 18 oktyabr günləri bizim müstəqillik günlərimizdir. Bu günləri bir xalq kimi, bir millət kimi qeyd etməliyik. Bəzi bayramlar var onları bəlkə də keçirməmək olar. Amma bu günlər çox vacibdir. Qeyd olunmalıdır".

Paytaxt sakini Pərvin Hacızadə: "Dövlət və hökumət bunu yerində düşünüb və qəbul edib. Aydındır ki, 18 oktyabr 28 mayın davamıdır. Müstəqillik günlərimizi unutmamalı və unutdurmamalıyıq".

Paytaxt sakini Mahir Əliyev: "Əlbəttə, biz cümhuriyyətin davamçılarıyıq. Rus işğalından 18 oktyabrda xilas olduq və cümhuriyyətimizi bərpa etdik. Bu günü xüsusi təntənə ilə qeyd etməliyik".

Paytaxt sakini Zima Ceyhunzadə: "Bu qərar, həqiqətən, çox yerində verilmiş bir qərardır. Hər ikisi bizim müstəqillik tariximizdir. Məktəb çağından uşaqlara bu tarixləri müfəssəl şəkildə açıqlamalı, hər il təntənə ilə qeyd etməliyik".

Paytaxt sakini Ülkər Əbilova: "Əlbəttə, biz bu tarixlərin hər ikisini bayram kimi qeyd etməliyik. Heç bir fərqi yoxdur. Hər ikisi bizim müstəqillik günümüzdür".

Paytaxt sakini Səyidə Əzimova: "Biz bu tarixləri bir-birindən ayırmamalıyıq. Hər ikisi bir-birinin tamamlayıcısıdır. Bu baxımdan mən hər iki günün qeyri-iş günü olması və təntənə ilə qeyd olunmasını tərəfdarıyam".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə