"Dində islahat aparmaq istəyənlər əvvəl özlərini islah etsinlər" - DİN XADİMİ AÇIQLADI

"Dində məzhəb ayrı-seçkiliyi salmaq dində təfriqə yaratmaqdır. Biz təcrübəyə nəzər saldıqda, yəni əvvəlki minillikdə baxırıq ki, məzhəblər hamının çıxıb öz fikrini ortaya qoyması ilə yaranmışdır". Bunu SİA-ya açıqlamasında din xadimi Hacı Ağasəid deyib.

Onun sözlərinə görə, bu mənada dində islahat aparmaq adı altında əslində fəsad çıxardırlar.

Hacı Ağasəid bu barədə fikirlərini belə izah edib: "Biz dinimizi, şəriətimizi əsasən Peyğəmbərlərin getdiyi yol və onları izləyənlərin əsasən səhabə və imamların yaşadığı tərzdə yaşayırıq. Bütün müsəlmanlar dini bu cür yaşamaqdadırlar. Dinimiz ağıl dinidir. Ağıl özü ölçüb-biçir. Bizim də bir ölçü olaraq xalqımızın, millətimizin adət-ənənələri ilə birləşmiş islam forması var. Tarixən bizim ədəbiyyatımızda, şeiriyyatımızda bu dinimiz öz əksini tapmışdır. Xalqımız köklü olaraq həmin o dinin üzərində öz əqidələrini qurmuşlar. Mən əsasən İslamdan bəhs edirəm. Ancaq Azərbaycanda digər dinin nümayəndələri yaşamış, onlar da öz dinlərinə uyğun olaraq yaşamışlar. Burada müəyyən səthi yanlışlıqlar ola bilər. Amma təbiidir ki, dini baxımdan savadı olmayan şəxslərin bu cür məsələlərdə xəta etməsi normaldır. Amma bunu ictimailəşdirib hamının adından danışmaq düzgün deyil. Bu qeyri-obyektiv və qərəzlidir. Bunu görə də, o insanlara səslənirik ki, bir öz söz və hərəkətlərinə fikir versinlər. Əgər biz islahat aparmaq istəsək, İmam Hüseynə baxaq. O islahat keçirmək istəyəndə heç kimi qınamadı. Yalnız öz sinəsini qabağa verdi və Kərbəla meydanında şəhid oldu. O kəslər ki, islahat aparmaq istəyirlər, birinci özlərini islah etsinlər, yaşamaq istəyirlərsə, özlərini fəda etsinlər. İnsanların içində özlərini elə aparsınlar ki, insanlar onların sözlərinə yox, hərəkətlərindən ibrət götürsünlər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə